Qarabağ günün ikinci matçında da qələbə qazandı

16.01.2026

Fanat saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Antalyada təlim-məşq toplanışında olan "Qarabağ" günün 2-ci yoxlama matçını keçirib.

Fanat.Az xəbər verir ki, Ağdam təmsilçisi Polşa "Zaqlebye"si ilə qarşılaşıb. Matç komandamızın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Komandamızın heyətində Leandro Andrade, Abdullah Zubir və Joni Montiel fərqləniblər. Polşalılarla oyun "Sport TV" vasitəsilə canlı yayımlanıb. 

Qeyd edək ki, "Qarabağ" Türkiyədəki ilk yoxlama matçında Özbəkistan təmsilçisi "Neftçi"ni 5:0 hesabı ilə məğlub edib.

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью