Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 18 aprel, AZƏRTAC
Qadın həndbolçuların Azərbaycan çempionatında final mərhələsinin növbəti turuna start verilib.
AZƏRTAC xəbər verir ki, “AHF Arena”da keçirilən açılış matçında I-IV yerlər uğrunda yarışan “Qarabağ” və “İdman Akademiyası” komandaları üz-üzə gəliblər. Fasiləyə 17:14 hesablı üstünlüklə yollanan nominal ev sahibi ikinci hissədə daha inamlı oyunla qələbəni rəsmiləşdirib -33:26.
Qeyd edək ki, turun digər oyunu aprelin 19-da keçiriləcək.