Qarabağ hesabı bərabərləşdirdi Yenilənir

30.04.2026

Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Qarabağ" hesabı bərabərləşdirdi - Yenilənir

Bu gün Misli Premyer Liqasının 21-ci turundan təxirə salınmış bir oyun keçirilir.

QOL.az xəbər verir ki, "Neftçi" öz meydanında "Qarabağ"ı qəbul edir.

Azərbaycan derbisi saat 20:00-da başlayıb və matçı Kamranbəy Rəhimov idarə edir.

Əzəli rəqiblərin ilk dövrədəki oyununda "Qarabağ" 2:0, 3-cü dövrənin aprelin 26-da keçirilən matçında isə 5:1 hesabı ilə qalib gəlib.

Xatırladaq ki, "Neftçi" "Qarabağ"a 18 oyundur qalib gələ bilmir. Onlar son dəfə "Qarabağ"ı 2021-ci ilin mayın 19-da məğlub ediblər (1:0).

30 aprel (cümə axşamı)

20:00.“Neftçi” – “Qarabağ” - 1:1 (İkinci hissə)

Qol: Emil Səfərov, 55 (1:0), Emil Bədəlov, 85-avtoqol (1:1)
“Palms Sports Arena”

Bombardirlər:

Coy Lens Mikels (“Sabah”) - 18 qol

Velko Şimiç (“Sabah”) - 11 qol

Bassalu Sambu ("Neftçi") - 10 qol

Emin Mahmudov ("Neftçi") - 9 qol

Karim Rossi ("Şamaxı") - 9 qol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью