Qarabağ heyətini braziliyalı yarımmüdafiəçi ilə gücləndirir

16.06.2025

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

"Qarabağ" yay fasiləsi dönəmində ilk transferini reallaşdırıb.

Oxu.Az Sportinfo.az-a istinadən xəbər verir ki, Azərbaycan çempionu dəyəri 700 min avro qiymətləndirilən Pedro Biçalo ilə anlaşıb.

Braziliyalı dayaq yarımmüdafiəçisi artıq sabah ölkəmizə gələcək. Cənubi amerikalı tibbi baxışdan keçəndən sonra rəsmi müqaviləyə imza atacaq.

Vətənində yetirməsi olduğu "Palmeyras"a məxsus oyunçu 2022-ci ildə "Santa Klara"ya (Portuqaliya) icarəyə verilib. Altı aydan sonra geri qayıdıb və "Vitoriya"da çıxış edib. O, son iki mövsümü "Alverka"da keçirib.

İcarə müqaviləsi bitdiyi üçün "Palmeyras"a qayıdan 24 yaşlı "sambaçı" Portuqaliyanın ikinci liqasında 33 oyuna çıxıb (21-i start heyətdə), iki qol vurub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью