Qarabağ heyətini iki braziliyalı ilə gücləndirəcək

05.04.2025

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

"Qarabağ" yay transfer pəncərəsində yarımmüdafiə xəttini gücləndirmək üçün indidən işlərə başlayıb.

Oxu.Az Apasport.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisi Portuqaliyada çıxış edən 2 braziliyalı yarımmüdafiəçi ilə hazırda danışıqlar aparır.

Daha əvvəl Portuqaliyadan komandaya cəlb olunan futbolçuların performansından razı qalan "köhlən atlar" transfer xəttini dəyişmək istəmir.

Məlumata görə, əgər həmin futbolçularla razılıq əldə edilməsə, sonuncu variant kimi Patrik Andradenin müqavilə müddəti artırılacaq.

Kabo-verdeli oyunçunun özü də komandada qalmaq niyyətindədir.

Onun müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью