Qarabağ hücumçusu üçün Flamenqonun ilk təklifini rədd edib, danışıqlar davam edir

10.01.2025

Icma.az, Report.az portalına istinadən məlumat yayır.

"Qarabağ" futbolçusu Olavio Juninyo üçün Braziliyanın "Flamenqo" klubunun ilk təklifini rədd edib.

"Report" xəbər verir ki, bu barədə yerli "Terra" nəşri məlumat yayıb.

Lakin tərəflər arasında danışıqlar davam edir və A Seriyası təmsilçisinin 28 yaşlı hücumçu üçün daha bir müraciəti olacaq.

Azərbaycan çempionunun bu keçidə görə təxminən 6 milyon avro istədiyi yazılıb. Hazırda "Flamenqo" bu məbləği azaltmağa çalışır.

Qeyd edək ki, "qırmızı-qaralar" oyunçunu 4 milyon avroya transfer etmək istəyib. Olavio Juninyo 2023-cü ildən "Qarabağ"ın formasını geyinir. O, Azərbaycan çempionatının və kubokunun qalibi olub.

Bizim Telegram kanalımıza abunə olun

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью