“Qarabağ” hücumçusunu satmaq üçün 2,5 milyon avro tələb etdi SON DƏQİQƏ

10.11.2025

Sportal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Qarabağ" Nəriman Axundzadənin yeni transfer qiymətini müəyyənləşdirib.

Sportal.az Sportinfo.az-a istinadən xəbər verir ki, onu transfer etmək istəyən klub "köhlən atlar"a 2,5 milyon avro ödəməlidir.

Ağdam təmsilçisi menecerləri bu barədə bilgiləndirib. Bildirilib ki, bu, ən aşağı qiymətdir və güzəşt olmayacaq.

İş ondadır ki, Axundzadəyə yeni təklif gəlib. Millinin də formasını geyinən gənc forvard Avropadan yeni dəvət alıb.

Axundzadə ilə yaxından maraqlanan komanda "Böyük beşlik" təmsilçisidir.

Ortabab statuslu klubun rəhbərliyi menecerlər vasitəsilə artıq hərəkətə keçib: həm səbəbkarın özüylə, həm də "Qarabağ" tərəfiylə əlaqə saxlayıb.

Onlar "köhlən atlar"la sözləşməsi 2027-ci ilin yayında başa çatacaq ön xətt oyunçusunun şərtləri, həm də təzminatın məbləğiylə bağlı bilgilər alıblar.

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью