“Qarabağ” hücumda təhlükəlidir Qasım

11.12.2024

Icma.az, Axar.az saytına istinadən bildirir.

“Qarabağ”la oyuna hazırıq.

Axar.az xəbər verir ki, bu sözləri İsveçin “Elfsborq" komandasının futbolçusu Əhməd Qasım UEFA Avropa Liqasının əsas mərhələsində “Qarabağ”la keçirəcəkləri VI turun oyunu barədə danışarkən deyib.

“Oyunumuzda yüksək intensivliyi qoruyub saxlamalıyıq. “Qarabağ” ciddi komandadır. Rəqib hücumda təhlükəli mübarizə aparır. Bu, ilin ən vacib oyunudur. Əgər pley-offda oynamaq istəyiriksə, qalib gəlməliyik”, - Ə.Qasım bildirib.

Qeyd edək ki, “Elfsborq”-“Qarabağ” oyunu dekabrın 12-də Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью