Qarabağ ı Liverpul la matçda bu sayda azarkeş dəstəkləyəcək

26.01.2026

Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin son turunda "Liverpul"-"Qarabağ" qarşılaşmasında futbol komandamızı dəstəkləyəcək azarkeşlərin sayı açıqlanıb.

Bu barədə Milli.Az-a klubun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, İngiltərədə keçiriləcək matçda "Qarabağ"ı 1250 nəfərə yaxın azarkeş müşayiət edəcək. Komanda bu gün saat 15:00-da İngiltərəyə yollanacaq.

Qeyd edək ki, "Liverpul" - "Qarabağ" oyunu yanvarın 29-da Bakı vaxtı saat 00:00-da start götürəcək.

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью