Qarabağ ı məğlub edən məşqçi Türkiyə Super Liqasında

29.01.2025

Icma.az, Fanat saytına istinadən bildirir.

Zaqreb “Dinamo”sunun sabiq baş məşqçisi Sergey Yakiroviç Türkiyə Super Liqasında çalışacaq. 

Fanat.Az xəbər verir ki, xorvatiyalı mütəxəssis Super Liqa təmsilçisi "Kayserispor"la anlaşıb. 
Məlumatı klubun mətbuat xidməti yayıb. 48 yaşlı çalışdırıcı ilə 1.5 illik müddətə müqavilə bağlanıb.

Qeyd edək ki, Yakiroviç Çempionlar Liqasının Liqa mərhələsində “Bayern Münhen”ə 2:9 hesablı məğlubiyyətdən sonra “Dinamo”dan qovulub. Xorvatiya nəhəngi onun rəhbərliyi altında almanlardan əvvəl, ÇL-in pley-off mərhələsində "Qarabağ"la qarşılaşmış və hər iki oyunda (3:0, 2:0) qələbə qazanıb. 

Mirağa

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью