Qarabağ ı tərk etmək istəyir, axtarışa başladı

15.10.2025

Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

Fabiyan Buntiç qış fasiləsində "Qarabağ"ı tərk edə bilər.

Axar.az Sportinfo-ya istinadən xəbər verir ki, xorvatiyalı qapıçı menecerlər vasitəsilə Avropada klub axtarışına çıxıb.

2024-cü ilin yayında Ağdam təmsilçisi ilə 3 illik müqavilə imzalamış balkanlı daim ehtiyatda qalmasından narazıdır. Kiper yanvarda onu icarəyə götürə biləcək komanda ilə anlaşmağa səy göstərir. Bir neçə variantı artıq var.

Qurban Qurbanov ötən mövsüm ona az-çox şans tanıyırdı. Bu sezon hələlik belə imkan yaxalamayıb.

Mateuş Koxalski avrokuboklarda əla təsir bağışlayır. Premyer Liqada isə bir çox hallarda Şahruddin Məhəmmədəliyevi "çərçivə" önünə keçən görürük.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью