Qarabağ ı yaxşı təhlil etmişik SSKA nın baş məşqçisi

22.07.2026

Icma.az, Qol.az portalına istinadən məlumat verir.

"Qarabağ"ı yaxşı təhlil etmişik" - SSKA-nın baş məşqçisi

SSKA (Sofiya, Bolqarıstan) komandası "Qarabağ"ı yaxşı təhlil edib.

QOL.az "Report"-a istinadən xəbər verir ki, bunu Bolqarıstan təmsilçisinin baş məçqçisi Xristo Yanev "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib.

Mütəxəssis qarşılaşmaya ciddi hazırlaşdıqlarını bildirib:

"Oyuna yaxşı hazırlaşmaq imkanımız oldu. "Qarabağ"a qarşı uğurlu çıxış etmək istəyirik. Ölkə çempionatının oyunundan sonra futbolçularımız bərpa olunublar. Bütün düşüncəmizi "Qarabağ"la matça yönəltmişik. Rəqibin ötən il Çempionlar Liqasındakı görüşlərini izləmişik. Onları yaxşı təhlil etmişik və buna uyğun da mübarizə aparacağıq".

Qeyd edək ki, "Qarabağ" və SSKA komandaları arasındakı ilk oyun iyulun 23-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Cavab matçı isə 1 həftə sonra Sofiya şəhərində reallaşacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью