Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.
“Football Meets Data” portalı Avropa Liqasında komandaların növbəti mərhələ şanslarını faizlə dəyərləndirib.
Futbolpress.az xəbər verir ki, “Vestri” ilə qarşılaşacaq “Qarabağ” II təsnifata adlamağa ən real namizəddir. Azərbaycan təmsilçisinin şansı 92 faiz qeyd olunub.
Bu gün keçiriləcək “Qarabağ” – “Vestri” oyununa saat 20:00-da start veriləcək. Komandalar arasındakı cavab görüşü iyulun 16-da, İslandiyada olacaq.