Icma.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ötən gün UEFA Çempionlar Liqasında "Atletik Bilbao"ya uduzan (1:3) "Qarabağ" Liqa mərhələsində ilk məğlubiyyətini almış oldu.
Tanınmış futbol mütəxəssisi, Azərbaycan millisinin sabiq baş məşqçisi Arif Əsədov ilə əlaqə saxlayıb İspaniyada baş tutan oyun haqda fikirlərini bölüşməsini xahiş etdik.
Onun Fanat.Az-a açıqlaması belə oldu: "Oyundan qabaq da proqnozlaşdırılırdi ki, görüş "Qarabağ" üçün çox çətin keçəcək.
Rəqib ilk iki oyunda məğlub olduğu üçün bu matça final kimi yanaşırdı.
Üstəlik, "Atletik" evdə oynayırdı, tribunalar onların 12-ci oyunçusu idi. Düzdür, start "Qarabağ" üçün yaxşı alındı, erkən qol vurdular.
Amma qoldan sonra komanda arxaya çəkildi. Əslində "Atletik" "Qarabağ"ı buna məcbur etdi.
İspanlar güclü pressinq hesabına bizimkiləri topsuz qoymağı bacardılar və matça nəzarət etməyə imkan vermədilər.