“Qarabağ” iki legionerdən razılıq aldı

09.06.2025

Icma.az, Tribuna portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Çempionlar Liqasında mübarizə aparacaq “Qarabağ” danışıqlar apardığı legionerlərdən ikisi ilə razılıq əldə edib.

Bu barədə klubdan sportinfo.az-a bildirilib.

Xəbərə görə, transfer bazarında müəyyən irəliləyiş qeydə alınıb.

Qurban Qurbanovun xidmətinə maraq göstərdiyi əcnəbilərlə şəxsi müqavilə şərtlərində ortaq məxrəcə gəlinib. Baş məşqçinin bəyəndiyi oyunçular gəncdir və Avropada çıxış edir.

Adları açıqlanmasa da, qeyd olunub ki, “köhlən atlar” həmin futbolçuların klubları ilə dəyirmi masa arxasına keçib. Çünki ikisinin də müqaviləsi var və təzminat müzakirə mövzusudur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью