Fanat portalından verilən məlumata görə, Icma.az xəbər yayır. "Qarabağ"la "Deloitte Azərbaycan" arasında Anlaşma Memorandumu imzalanıb.
Fanat.Az xəbər verir ki, Ağdam klubunun Suraxanı qəsəbəsində yerləşən "Azersun Arena"dakı təlim-məşq bazasında baş tutan tədbirdə memorandumu klubun prezidenti Tahir Gözel və "Deloitte" şirkətinin Azərbaycandakı ofisinin İdarəedici Partnyoru Nuran Kərimov imzalayıblar.
Klub prezidenti Kərimova "Qarabağ"ın formasını hədiyyə edib.
Bu əməkdaşlığın əsas məqsədi klubun inkişafı üçün müxtəlif peşəkar xidmətlərin göstərilməsi, idarəetmə, strateji planlaşdırma və dayanıqlılıq istiqamətlərində dəstək verməkdir.
İmzalanmış memorandum beynəlxalq arenada mövqeyini möhkəmləndirməyə, klubun idarəetmə təcrübələrini qlobal standartlara uyğunlaşdırmağa və gələcək inkişafına mühüm töhfə verməyə xidmət edir.
Tədbirdə çıxış edən Tahir Gözel klubun son dövrlərdəki fəaliyyətini qeyd edib: "COP29 çərçivəsində "Qarabağ" Futbol Klubu olaraq mühüm addımlar atdıq.
Həmin yolun nəticələrini bölüşmək istərdim. Əvvəla, COP29 zamanı klubumuzun təşəbbüsü ilə Football Clubs Alliance for Climate təsis olundu.
Bu alyans "Qarabağ"ın dəvəti və təşəbbüsü ilə, COP29 Sədrliyi və UNFCCC-nin dəstəyi, həmçinin ECA ilə birgə təşkilatçılıqla gerçəkləşdi.