“Qarabağ” ilk 100 lükdə

12.09.2025

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası klubların yeni dünya reytinqini açıqlayıb. 506 komandanın daxil olduğu siyahıda Azərbaycanın 4 klubu yer alıb.

Siyahıda 38 pillə irəliləyən “Qarabağ” (154,75 xal) 96-cı yerdə qərarlaşıb. “Sabah” (79,25 xal) 38 pillə geriləyərək 302-ci, “Araz-Naxçıvan” (70,25 xal) 8 sıra irəliləyərək 355-ci olub. “Zirə” (68 xal) isə 274-cü yerdən 380-ci pilləyə düşüb.

Qeyd edək ki, dünya reytinqinə Fransanın PSJ klubu (543 xal) başçılıq edir.

Qabil YUSİFOĞLU
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью