Icma.az bildirir, Bizimyol portalına istinadən.
Açılış oyununda “Qarabağ” “İmişli”nin qonağı olub. Quba Olimpiya İdman Kompleksinin stadionunda oynanılan qarşılaşma Ağdam təmsilçisinin minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0. Yeganə qolu 79-cu dəqiqədə Musa Qurbanlı vurub. "Qarabağ"ın heyətində Kadi Borges, "İmişli"də isə Diequ Almeyda qırmızı vərəqə ilə meydandan qovulublar.
Bu qələbədən sonra xallarını 45-ə çatdıran "Qarabağ" ikinci pillədə qalıb və lider "Sabah"la xal fərqini 1-ə endirib. İmişlinin eyniadlı klubu isə 19 xalla 9-cudur.
Günün son oyununda “Zirə” öz meydanında autsayder “Karvan-Yevlax”ı qəbul edəcək. Zirə İdman Kompleksinin stadionunda keçiriləcək görüş saat 17:00-da start götürəcək.
Qeyd edək ki, XX turun digər oyunları fevralın 15-16-da keçiriləcək.(azərtac