“Qarabağ“ “İmişli“yə qalib gəldi

11.10.2026

Icma.az bildirir, Moderator.az portalına istinadən.

Misli Premyer Liqasının VII turunda "Qarabağ" səfərdə "İmişli" ilə qarşılaşıb.

Moderator.az xəbər verir ki, Yevlax şəhər stadionunda baş tutan matç qonaq komandanın qələbəsi ilə başa çatıb - 2:0.

Qolları 59-cu dəqiqədə Aleksey Kaşuk və 88-ci dəqiqədə Jali Muaddib vurub.

Ağdam təmsilçisi 16 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. 4 xalı olan "İmişli" isə doqquzuncudur.

Xatırladaq ki, turun əvvəlki oyunlarında "Kəpəz" "Araz-Naxçıvan"ı (2:0), "Sumqayıt" "Qəbələ"ni (4:1) məğlub edib. "Neftçi" - "Sabah" matçı qolsuz bərabərliklə başa çatıb. "Zirə" - "Şamaxı" duelində isə tərəflər hərəyə bir dəfə fərqləniblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью