Apasport portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bu gün Misli Premyer Liqasında VII tura yekun vurulacaq.
Apasport.az xəbər verir ki, turun sonuncu oyun günündə iki qarşılaşma keçiriləcək.
“Qarabağ” səfərdə “İmişli” ilə üz-üzə gələcək.
Qurban Qurbanovun komandası hazırda 13 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. Ağdam təmsilçisi bu görüşdə qələbə qazanaraq lider “Neftçi” ilə xal fərqini aradan qaldırmağı hədəfləyir. Qeyd edək ki, “köhlən atlar”ın ehtiyatda bir oyunu da var.
Aktivində 4 xal olan və 9-cu pillədə qərarlaşan “İmişli” isə düşmə zonasından uzaqlaşmağa çalışacaq.
Görüşə saat 16:00-da start veriləcək.
Misli Premyer Liqası
VII tur
16:00. "İmişli" – "Qarabağ"
Yevlax şəhər stadionu