525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İlqar TAĞIYEVHəftə sonu Azərbaycan Premyer Liqasında 31-ci turun oyunları keçirildi.
Turun açılış matçında medallar uğrunda mübarizə aparan "Araz Naxçıvan" "Turan Tovuz"la heç-heçə etdi - 1:1.
"Sabah" autsayder "Səbail"ə 3:2, "Şamaxı" "Kəpəz"ə 2:1 hesabı ilə qalib gəldi.
Lider "Qarabağ" "Neftçi"ni 3:0 hesabı ilə məğlub edərək xal sayını 76-a çatdırdı.
Yeri gəlmişkən, "Neftçi" sonuncu dəfə "Qarabağ"ı 2021-ci il mayın 19-da 1:0 hesabı ilə məğlub edərək çempion olmuşdu.
O vaxtdan bəri bu komandalar arasında keçirilən 18 oyunun yalnız birində 1:1 hesablı heç-heçə qeydə alınıb.
Qalan 17 oyunda "Qarabağ" qalib gəlib. Özü də son 5 oyunda "Neftçi" 1 qol belə vura bilməyib, qapısında 19 top görüb.