Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.
"Qarabağ"ın 2 uğuru UEFA-nın hesabatında
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
UEFA-nın rəsmi saytı Çempionlar Liqasının Liqa mərhələsinin ən maraqlı rəqəmlərini və faktlarını yayımlayıb.
QOL.az xəbər verir ki, onların sırasında Ağdamın "Qarabağ" komandası ilə bağlı məqamlar da var.
Statistik hesabatda qeyd edilir ki, “Qarabağ” Azərbaycan tarixində UEFA Çempionlar Liqasının qrup mərhələsində qələbə qazanan ilk komanda olub. Onlar birinci turda “Benfika”nı 3:2 hesabı ilə məğlub ediblər. Həmçinin “Qarabağ” UEFA turnirlərində alman rəqibini məğlub edən ilk Azərbaycan klubu kimi tarixə düşüb. Qurban Qurbanovun komandası buna on beşinci cəhddə nail olub.
"Atlılar" yeddinci turda “Ayntraxt” üzərində 3:2 hesablı qələbə qazanıb.