Qarabağ ın 3 cü mərhələdəki potensial rəqibi müəyyənləşdi Çempionlar Liqası | Icma.az
Qol.az saytına istinadən Icma.az xəbər verir. Bu gün UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin püşkü atılır.
QOL.az xəbər verir ki, püşkdə 2-ci təsnifat mərhələsinin “Şelbrun” (Shelbourne) - “Qarabağ” cütünün rəqibi bəlli olub.
"Qarabağ" daha yüksək reytinqi səbəbindən səpələnmişlər səbətində yer alıb.
Püşkün nəticəsinə əsasən, “Şelbrun” - “Qarabağ” cütünün cütünün qalibi 3-cü mərhələdə "Şkendiya" (Şimali Makedoniya) - FCSB (Rumıniya) cütünün qalibi ilə qarşılaşacaq.
"Qarabağ" mərhələ keçsə, ilk oyuu evdə keçirəcək. 3-cü mərhələnin oyunları 5/6 avqust və 12 avqust tarixlərində keçiriləcək.
*** Bəs, “Şelbrun” - “Qarabağ” cütünün məğlubu Avroliqada kiminlə qarşılaşacaq?
Bu gün həmçinin UEFA Avropa Liqasında 3-cü təsnifat mərhələsinin də püşkatma mərasimi keçiriləcək.
Mərasimdə Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin “Şelbrun” (Shelbourne) - “Qarabağ” cütünün məğlubunun rəqibi də bəlli olacaq.
Tam oxu
Xəbəri oxu