Qarabağ ın 6 xalının olması sürpriz deyil Atletik in müdafiəçisi | Icma.az
Unikal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Atletik"in müdafiəçisi Aytor Paredes UEFA Çempionlar Liqası Liqa mərhələsinin III turunun "Qarabağ"la oyunundan öncə keçirilən mətbuat konfransında iştirak edib.
"Unikal" xəbər verir ki, 25 yaşlı ispaniyalı futbolçunun fikirlərini diqqətinizə çatdırır: "Stress yoxdur. Bu, həyati əhəmiyyətli oyundur.
Çünki hazırda sıfır xalımız var. Altı oyun qalır, onlardan üçü evdədir və burada güclü olmalıyıq.
Qələbəyə ehtiyacımız var, bunun üçün oynayacağıq. Daha çox aqressiya və qətiyyət göstərməli, səhv etməkdən qorxmamalıyıq.
Bizim oyun üslubumuz, kimliyimiz aydındır. Öz fəlsəfəmizə və oyun ideyamıza sadiq qalsaq, hər şey yaxşı alınacaq.
"Qarabağ"ın 6 xalının olması sürpriz deyil. Biz də belə bir vəziyyətdə olmaq istərdik.
Onlar Bilbaoya gəzintiyə gəlməyiblər və oyun maraqlı keçəcək.
Tam oxu
Xəbəri oxu