Qarabağ ın azərbaycanlı futbolçusu Bundesliqaya transfer oluna bilər

03.02.2026

Icma.az bildirir, Qaynarinfo portalına istinadən.

UEFA Çempionlar Liqasının əsas mərhələsinin 7-ci turunda Bakıda "Qarabağ"a 2:3 hesabı ilə uduzan "Ayntraxt" Azərbaycan təmsilçisindən futbolçu transfer edə bilər.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, bu, Ağdam təmsilçisinin sol cinah müdafiəçisi Elvin Cəfərquliyevdir.

Həmin qarşılaşmada əla performans sərgiləyən və məhsuldar ötürmə ilə yadda qalan Elvinin çıxışı Frankfurt təmsilçisinin idman direktoru Timo Hardunqun diqqətini çəkib. Bakıdakı matçın ardından "qartallar"ın baş məşqçi postuna gətirilən Albert Rieranın azərbaycanlı oyunçunun transferinə münasibəti dəqiq bilinməsə də, Hardunq Cəfərquliyevin komandaya faydalı olacağını düşünür. 

Bundesliqa təmsilçisi hələ "Qarabağ"a təklif göndərməyib. Məsələnin cari mövsümün sonunda həllini tapması mümkündür.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью