Qarabağ ın azərbaycanlısı Ayntraxt da? Onu Hardunq bəyənib

03.02.2026

Fanat saytından alınan məlumata görə, Icma.az bildirir.

UEFA Çempionlar Liqasının əsas mərhələsinin 7-ci turunda Bakıda "Qarabağ"a 2:3 hesabı ilə uduzan "Ayntraxt" Azərbaycan təmsilçisindən futbolçu transfer edə bilər.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, bu, Ağdam təmsilçisinin sol cinah müdafiəçisi Elvin Cəfərquliyevdir.

Həmin qarşılaşmada əla performans sərgiləyən və məhsuldar ötürmə ilə yadda qalan Elvinin çıxışı Frankfurt təmsilçisinin idman direktoru Timo Hardunqun diqqətini çəkib. Bakıdakı matçın ardından "qartallar"ın baş məşqçi postuna gətirilən Albert Rieranın azərbaycanlı oyunçunun transferinə münasibəti dəqiq bilinməsə də, Hardunq Cəfərquliyevin komandaya faydalı olacağını düşünür. Bu başqa məsələ ki, Bundesliqa təmsilçisi hələ "Qarabağ"a təklif göndərməyib. Məsələnin cari mövsümün sonunda həllini tapması mümkündür.

Nihat

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью