Qarabağ ın baş direktoru: Yeni hücumçu transferi qışda və ya daha gec ola bilər

16.01.2025

Icma.az, Report.az portalına istinadən məlumatı açıqlayır.

Yeni hücumçunun heyətə cəlb olunması qış transfer dönəmində və ya daha gec ola bilər.

Bunu "Report"a açıqlamasında "Qarabağ"ın baş direktoru Əmrah Çəlikəl deyib.

Funksioner bu məsələlərdə son qərarı baş məşqçi Qurban Qurbanovun verdiyini bildirib:

"Yalnız transfer dönəmində yox, həmişə işləyən skaut komandamız var. "Flamenqo"ya keçən Olavio Juninyonu da onlar tapıb gətirmişdilər. İşlər gedir. Tələb olsa, Qurban müəllimin istədiyi oyunçuları almağa çalışacağıq. Biz heç vaxt transfer etmək xatirinə futbolçu almırıq".

Bizim Telegram kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью