Icma.az, Oxu.az portalına istinadən məlumat verir. "Bəhlulun bəxti gətirməyib".
Oxu.Az xəbər verir ki, bunu UEFA Çempionlar Liqasının əsas mərhələsinin yeddinci turunda oynanılan "Qarabag" - "Ayntraxt Frankfurt" matçından sonra keçirilən mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov deyib.
"Qarabag"ın baş məşqçisi: "Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar" O bildirib ki, həmişə böyük səhvlər müdafiəçilərdə olur: "Bəhlulun bəxti gətirməyib ki, müdafiəçi olub.
Ən böyük səhvlər müdafiəçilərdə olub. Nəinki bugünkü, indiyə qədərki bütün səhvlərini bu qola görə bağışlamaq olar".
"Avropa futboluna baxanda bizim çatışmazlıqlarımız daha çoxdur. Yenə də qeyd edirəm ki, bir qələbəmiz olsun, amma inkişaf edək.
Öz oyunumuzdan sona qədər əl çəkməməliyik", - deyə baş məşqçi qeyd edib.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşma 3:2 "Qarabağ"ın qələbəsi ilə başa çatıb.
Murad Nəsimi Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.