Qarabağ ın baş məşqçisi: Oyun üslubunu hələ tam formalaşdırmamışıq

08.07.2026

Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.

Ölkə.az xəbər verir ki, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində "Vestri" ilə keçiriləcək oyundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.

O bildirib ki, matçda problemlərlə qarşılaşmamaq üçün əllərindən gələni edəcəklər:

"Çatışmazlıqlarımız var. Oyun üslubunu hələ tam istədiyimiz kimi formalaşdırmamışıq. Ümumilikdə isə yaxşı komanda formalaşdıracağıq. Rəqibin uzaq ölkədən gəlməsi bizim üçün problem deyil. Hər zaman Allahdan xeyirlisini istəmişəm".

Xatırladaq ki, "Qarabağ" - "Vestri" matçı iyulun 9-da, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.(oxu.az)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью