Qarabağ ın Bilbaoda qələbə qazanacağına inanıram Atletik ə qarşı oynamış azərbaycanlı | Ic…
Icma.az, Fanat portalına istinadən məlumatı açıqlayır. "Atletik" çox yaxşı komandadır. Onların ev oyunlarında möhtəşəm ab-hava olur".
Bunu Fanat.Az-a açıqlamasında 2015/2016 mövsümündə UEFA Avropa Liqasının 3-cü təsnifat mərhələsində Bakı "İnter"inin heyətində Bilbao təmsilçisinə qarşı oynamış (0:2, 0:0) müdafiəçi İlkin Qırtımov deyib.
Hazırda 1-ci Liqa komandası "Zaqatala"nın uğurları üçün çalışan arxa xətt oyunçusu bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsinin 3-cü turu çərçivəsində İspaniyada "Atletik"lə üz-üzə gələcək "Qarabağ"dan qələbə gözlədiyini bildirib: "Qarabağ"ın Bilbaodakı azarkeş dəstəyindən həyəcanlanacağını düşünmürəm.
Azərbaycan çempionunun keyfiyyətli heyəti və belə stadionlarda oynamaq təcrübəsi var. Məncə, komandamız İspaniyada məğlub olmayacaq.
"Qarabağ"ın Bilbaoda qələbə qazanacağına inanıram". Qeyd edək ki, "Atletik" - "Qarabağ" qarşılaşması Bakı vaxtı ilə 20:45-də başlayacaq.
Nihat Abunə Ol Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Tam oxu
Xəbəri oxu