Icma.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ilk 2 turunda inanılmaz performans sərgiləyən, "Benfika"nı (3:2) səfərdə, "Kopenhagen"i (2:0) evdə yenən "Qarabağ" oktyabrın 22-də Bilbao "Atletik"inin qonağı olacaq.
Azərbaycan millisinin və "Qarabağ"ın sabiq vingeri Əfran İsmayılovla əlaqə saxlayıb İspaniyadakı qarşılaşmadan nə gözlədiyini soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu: "Qarabağ"dan çox şey gözləyiəm. Azərbaycan təmsilçisi artıq yeni inkişaf mərhələsinə çatıb.
Ağdam təmsilçisi gözlədiyimizdən də böyük işlər gördüyünü sübut edib və etməkdədir.
Bu komandanın belə mübarizə aparması Azərbaycan və azərbaycanlılar adına qürurvericidir.
Razılaşaq ki, "Benfika" ilə matçda komandamızdan heç birimiz belə performans gözləmirdik.
"Qarabağ"ın 0:2 hesabı ilə uduzduğu oyunu çevirməsi hər birimizi sevindirdisə, "Kopenhagen" üzərində qələbə o nəticənin təsadüfi olmadığını isbatladı.