Qarabağ ın Bolqarıstan klubu ilə oyunu baş tutmayacaq

19.06.2026

Sportal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Qarabağ" Avstriya toplanışında ÇSKA ilə qarşılaşa bilərdi.

Sportal.az xəbər verir ki, Ağdam təmsilçisinin Bolqarıstan klubu ilə oyunu baş tutmayacaq. Bu barədə Sofiya təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Buna səbəb odur ki, komandalar Avropa Liqasının II təsnifat mərhələsində üz-üzə gələ bilərlər. "Qarabağ" və ÇSKA mərhələ adlasa, rəqib olacaqlar. Tərəflər hazırlıq matçının keçirilməməsinə razılaşıblar.

Qeyd edək ki, qarşılaşma iyunun 27-nə planlaşdırılmışdı.

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью