Qarabağ ın Bolqarıstan təmsilçisi ilə oyununun biletləri satışa çıxır

18.07.2026

Icma.az, sport24.az portalına istinadən məlumat verir.

Futbol üzrə UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ" - "CSKA Sofia" qarşılaşmasının biletləri bu gün saat 15:00-dan etibarən satışa çıxarılacaq. Sport24.az xəbər verir ki, oyun iyulun 23-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və 20:00-da başlayacaq.

Məlumata əsasən, standart biletlərin qiymətləri 5, 10, 15 və 20 AZN-dir.

VIP sektorlardakı biletlər 50, 75 və 100 manatadır. VVIP sektorlardakı biletlərin qiyməti 150 AZN-dir.

Qeyd edək ki, VVIP sektora bilet əldə etmiş azarkeşlər üçün həmin zonada çay süfrəsi təqdim olunacaq.

Həmçinin məlumatda qeyd olunur ki, biletləri yalnız iTicket.az-ın rəsmi saytı və mobil tətbiqi vasitəsilə əldə etmək olar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью