Qarabağ ın bu addımı niderlandlıları təəccübləndirdi

21.08.2026

Icma.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

UEFA Konfrans Liqasının pley-off mərhəlsində "Tvente"ni səfərdə 1:0 hesabı ilə məğlub edərək vacib qələbə qazanan "Qarabağ"ın matçdan əvvəl atdığı addım Niderland mətbuatının diqqətini çəkib.

Fanat.Az xəbər verir ki, "Tubantia" nəşrinin jurnalisti Leon ten Voorde Ağdam təmsilçisinin matç günü reallaşdırdığı gözlənilməz məşq prosesini işıqlandırıb.

Məlumata görə, Azərbaycanın gümüş medalçısı Enshededəki kritik qarşılaşmanın start fitinə cəmi bir neçə saat qalmış Delden qəsəbəsinə üz tutub. "Qarabağ"ın futbolçuları orada yerləşən "Rood Zvart" klubunun meydançasına çıxaraq yüngül bərpa və aktivasiya məşqi keçiblər.

Niderlandlı jurnalistlər komandanın oyun günü – matça saatlar qalmış bu cür hazırlıq keçməsini təəccüblə qarşılayıblar. Lakin Ağdam təmsilçisinin bu peşəkar yanaşması öz bəhrəsini verib və komandamız səfərdən 1:0 hesablı parlaq qələbə ilə ayrılıb.

Kamil Xudiyev

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью