Qarabağ ın bu mövsüm Avropa Liqasındakı rəqibləri: İkisi dayandı, digərləri yoluna davam edir

31.01.2025

Sportal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Qarabağ”ın Avropa Liqasının əsas mərhələsindəki altı rəqibi Avropa mövsümünü davam etdirəcək. 

Sportal.az xəbər verir ki, bu mövsüm Ağdam klubunun rəqibi olmuş “Tottenhem”, “Lion” və “Olimpiakos” 1/8 finala birbaşa yüksəlib. Norveçin “Bodyo-Qlimt”, Rumıniyanın FKSB və Niderlandın “Ayaks” klubları isə 1/16 finalda mübarizə aparacaq. 

“Qarabağ” kimi avrokuboklarda mübarizəsini dayandıran iki komanda var: “Elfsborq” və “Malmö”. 

Xatırladaq ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv yalnız “Bodyo-Qlimit”i (2:1) məğlub etmişdi. Azərbaycan çempionu digər görüşlərdə “Tottenhem”ə (0:3), “Malmö”yə (1:2), “Ayaks”a (0:3), “Lion”a (1:4), “Elfsborq”a (0:1), FKSB(2:3) və  “Olimpiakos”a (0:3) uduzmuşdu.
 

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью