Qarabağ ın Çelsi ilə oyunu Bakı Olimpiya Stadionunda keçirilə bilər

02.09.2025

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsindəki oyunlarından birini Bakı Olimpiya Stadionunda (BOS) keçirə bilər.

Oxu.Az Sport24.az-a istinadən xəbər verir ki, "köhlən atlar"ın İngiltərə təmsilçisi "Çelsi"ni BOS-da qəbul etmək ehtimalı var.

Qeyd edək ki, "Qarabağ" klubu "Çelsi" ilə noyabrın 5-də qarşılaşacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью