Icma.az bildirir, 525.az portalına istinadən.
"Qarabağ"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanması Azərbaycan futbolu üçün böyük nailiyyətdir.
525.az-ın məlumatına görə, bu barədə "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakıda qarşılanma mərasimində deyib.
Mütəxəssis komandanın UEFA Çempionlar Liqasında pley-offa vəsiqə qazanması ilə bağlı fikirlərini bölüşüb:
"Çox sevinirik. Klub olaraq bu illər ərzində əziyyət çəkmişik. Turnirin 22-ci komandası olduq. Azərbaycan futbolu üçün böyük nailiyyətdir. Xalqımızı və futbolçuları təbrik edirəm".
Təcrübəli mütəxəssis pley-offdakı potensial rəqibləri dəyərləndirib:
"Elə səviyyədə komandalar var ki, onları bir-birindən ayırmaq olmaz. Maksimum mübarizə aparmağa çalışacağıq".
Q.Qurbanov azarkeşlərə də müraciət edib:
"Onlara təşəkkür edirəm. Bizə əlavə motivasiya verirlər. Bu uğur onların haqqıdır. Bir daha göstərdilər ki, bizim yanımızdadırlar.
Qeyd edək ki, Liqa mərhələsini 10 xalla 22 sırada bitirən "Qarabağ" pley-offda İngiltərənin "Nyukasl" və ya Fransanın PSJ klubu ilə üz-üzə gələcək. Bu raundun püşkü yanvarın 30-da atılacaq.