Icma.az, Mia.az saytına istinadən bildirir. Çempionlar Liqasının əsas mərhələsinə keçmək üçün "Qarabağ" klubu artıq öz yerini bərkidib.
Mia.az xəbər verir ki, qarşıda "Liverpul"la səfər oyununun nəticəsindən asılı olmayaraq, Ağdam klubu artıq pley-off mərhələsini təmin edib.
Xatırladaq ki, liqa mərhələsində ilk 24-lüyə düşən komandalar pley-off oynayacaq.
Dünən Frankfurtun "Ayntraxt" klubu üzərində qələbədən sonra "Qarabağ" 18-ci yerdə qərar tutub.
Bu isə növbəti oyunların nəticəsinin təsir etməyəcəyi mövqe deməkdi. Qələbə öz yerində, Ağdam klubu Çempionlar liqasında həm də pul qazanır.
Bildiyiniz kimi, UEFA hər qələbə üçün klublara 2,1 milyon avro, heç-heçə üçün 700 min avro mükafat ayırır.
Eyni zamanda, qalib olan klubun oynadığı yerli çempionatın komandaları da həmrəylik və dəstək nümunəsi olaraq UEFA-dan pul mükafatı alır.
Bu ilki mövsüm "Qarabağ" üçün pul qazanmaq baxımından da çox uğurlu olub: klubun büdcəsi xeyli artıb və bəzi tanınmış Avropa klublarının büdcəsinə yaxın vəziyyətə gəlib.