Qarabağ ın ÇL dəki rəqibi dəqiqləşdi

17.07.2025

Icma.az xəbər verir, Qol.az saytına əsaslanaraq.

Bu gün "Qarabağ"ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi dəqiqləşib.

QOL.az xəbər verir ki, 1-ci təsnifat mərhələsinin cavab görüşləri çərçivəsində “Linfild” (Şimali İrlandiya) evdə “Şelburn” (İrlandiya) ilə qarşılaşıb.

"Vindors Park" stadionunda keçirilən matç 1:1 hesablı bərabərliklə başa çatıb. Sözügedən komandalar arasında ilk matç “Şelburn”un 1:0 hesablı qələbəsi ilə yekunlaşmışdı. Buna görə də "Şelburn" 2-ci təsnifat mərhələsində Ağdam təmsilçisinə rəqib olub.

Qeyd edək ki, ÇL-in 2-ci təsnifat mərhələsinin ilk matçları iyulun 22-23-də, cavab görüşləri isə iyulun 29-30-da oynanılacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью