Qarabağ ın ÇL dən qazancı yenə artdı Məbləğ

06.11.2025

Icma.az, Fanat portalına istinadən məlumat yayır.

“Qarabağ”ın UEFA Çempionlar Liqasındakı uğurlu çıxışı ilə növbəti dəfə büdcəsini artırıb. 

Fanat.Az-ın hesablamasına görə, Ağdam klubu ötən gün Tofiq Bəhramov adına Respublika stadionunda İngiltərənin "Çelsi" klubu ilə heç-heçə edərək (2:2) 700 min avro (təxminən 1,37 milyon manat) qazanc əldə edib.

İlk turda Portuqaliyada "Benfika" üzərində 3:2, ikinci turda isə Bakıda Danimarka "Kopenhagen"i üzərində 2:0 hesablı qələbələrdən sonra ümumilikdə 4,2 milyon avro (8,4 milyon manat) gəlir əldə edən "köhlən atlar"ın 4 oyundan ümumi gəliri 4,9 milyona (təxminən 9,58 milyon manata) çatıb. 

Ağdam təmsilçisinin ümumilikdə cari mövsüm ÇL-dən qazandığı məbləğ isə 28,67 milyon avrodur (təxminən 56,3 milyon manat). Bunun 18,62 milyonu Azərbaycan çempionunun qitənin ən nüfuzlu klub turnirinin Liqa mərhələsinə yüksəlməyə, 4,90-u Liqa mərhələsində, daha 5,15 milyonu isə təsnifat mərhələlərindəki nəticələrə görədir. 

Mirağa

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью