Qarabağ ın ÇL ə hansı mərhələdən başlayacağı dəqiqləşdi Yekun qərar

22.05.2025

Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Qarabağ"ın 2025/26 mövsümü Çempionlar Liqasına neçənci mərhələdən başlayacacağı dəqiqləşib.

Ölkə.az xəbər verir ki, QOL.az-ın əldə etdiyi xəbərə görə, UEFA İcraiyyə Komitəsinin dünən keçirilən iclasında ÇL-in təsnifat mərhələsində açılmış boş yerlərə buraxılacaq komandalarla bağlı məsələlərə də baxılıb.

İkinci mərhələ üçün boş yerlərdən biri UEFA reytinqi yüksək olan klublardan "Qarabağ"a verilib.

Beləliklə, Ağdam təmsilçisi Çempionlar Liqasına ötən il olduğu kimi bu dəfə də 2-ci təsnifat mərhələsindən başlayacaq.

Bununla bağlı rəsmi açıqlamanın isə tezliklə veriləcəyi gözlənilir.

Qeyd edək ki, 2-ci təsnifat mərhələsinin püşkatma mərasimi iyunun 18-də, oyunları isə 22/23 iyul və 29/30 iyul tarixlərində keçiriləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью