Qarabağ ın ÇL ə hansı mərhələdən başlayacağı rəsmiləşdi

30.05.2025

Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan çempionu “Qarabağ” UEFA Çempionlar Liqasının 2025/2026 mövsümünə 2-ci təsnifat mərhələsindən başlayacağı rəsmiləşib. 

QOL.az saytına bu məlumatı "Qarabağ"ın idarə heyətinin üzvü Asif Əsgərov verib. 

Həmçinin oxuyun: “Qarabağ” Çempionlar Liqasında - Səbətlər və mümkün rəqiblər"

Bu, PSJ-nin ÇL-in finalına yüksəlməsindən sonra dəqiqləşsə də, bu gün UEFA tərəfindən rəsmən təsdiqlənib. 

Qeyd edək ki, ÇL-də 2-ci təsnifat mərhələsinin püşkatma mərasimi iyunun 18-də, qarşılaşmalar isə iyulun 22/23 və 29/30-da keçiriləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью