Qarabağ ın daha bir futbolçusu Azərbaycan millisinin heyətindən çıxarıldı

15.11.2025

Baku.ws saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Qarabağ"ın futbolçusu Toral Bayramov Azərbaycan millisinin heyətindən çıxarılıb.

BAKU.WS xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.

Bildirilib ki, buna səbəb futbolçunun zədələnməsi olub.

Xatırladaq ki, daha əvvəl "Qarabağ"ın müdafiəçisi Elvin Cəfərquliyev yüksək bədən temperaturu səbəbindən heyətdən çıxarılıb.

Qeyd edək ki, Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində sabah Tofiq Bəhramov adına Respublika stadionunda Fransa yığması ilə qarşılaşacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью