Qarabağ ın darmadağınına şahid olan hakim Zirə nin oyununda

18.07.2026

Fanat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Zirə"nin UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Payde" ilə səfər oyununu moldovalı hakimlər idarə edəcəklər.

Fanat.Az xəbər verir ki, Estoniyadakı matçda FİFA referisi Roman Jitari iş başında olacaq.

Ona həmyerliləri Viktor Mardari və Andrey Bodean köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Andrey Brequta yerinə yetirəcək.

İyulun 23-də Estoniyadakı Parnu şəhərində keçiriləcək "Payde" - "Zirə" oyunu Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. 

Qeyd edək ki, Jitari bu mövsüm artıq bir dəfə təmsilçimizin oyununa təyinat alıb. O, "Qarabağ"ın UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsində İslandiya "Vestri"si ilə Bakıakı oyununu (3:0) idarə edib. 

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью