Qarabağ ın digər yaş qrupu da böyükhesablı qələbə qazandı

08.07.2025

Fanat saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu gün "Qarabağ"ın 2009-ci il təvəllüdlü futbolçulardan ibarət komandası ilə Barselonanın "Marcet" akademiyasında futbolun sirlərinə yiyələnən azərbaycanlı həmyaşıdları arasında yoldaşlıq görüşü keçirilib.

Fanat.Az-ın məlumatına görə, qarşılaşma "Sərhədçi" idman kompleksinin stadionunda reallaşıb.

Matçın start fiti 20.00-da səsləndirilib. "Marcet"i təmsil edən komandanı meydana ispan mütəxəssis Karlos Rivero çıxarıb. Qarşılaşma ağdamlıların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. 

Qeyd edək ki, dünən Ağdam təmsilçisinin 2008-ci il doğumlu oyunçulardan ibarət komandası eyni məkanda "Marcet"i 4:0 hesabı ilə məğlub edib.

Nihat

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью