Icma.az xəbər verir, Qol.az saytına əsaslanaraq. UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Şelbrun”la (Shelbourne) qarşılaşacaq
Bu haqda QOL.az-a Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.
Komanda yerli vaxtla saat 15:00-da çarter reysi ilə Dublinə yollanacaq.
"Qarabağ"ı İrlandiya paytaxtına təxminən 6 saat yarımlıq yol gözləyir. Komandanın bugünə məşqi nəzərdə tutulmayıb.
Sabah Dublin vaxtı ilə saat 18:45-də (Bakı vaxtı ilə 21:45) "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı, 19:00-da isə komandanın "Tolka Park” arenasında məşqi keçiriləcək.
Oyundan dərhal sonra "Qarabağ" Bakıya qayıdacaq. Klubdan o da bildirilib ki, oyunda 100-ə yaxın "Qarabağ" azarkeşi gözləyirlər.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.