Qarabağ ın formasını geyinmiş gürcü hücumçü vəfat edib

03.06.2026

Icma.az, sport24.az saytına istinadən bildirir.

"Qarabağ" sabiq futbolcusu Caba Dvali 41 yaşında vəfat edib. Sport24.az  "CrystalSport"a istinadən xəbər verir ki, Ağdam təmsilçisinin keçmiş hücumçusu ürəktutmasından dünyasını dəyişib.

Mərhum futbolçu karyerası ərzində vətənində Tbilisi "Dinamo"su, "Sioni", "Telavi" və "Zestafoni"nin şərəfini qoruyub. Moldovada "Daçiya" formasını geyinən Dvali 2014-cü ildə "Qarabağ"ın uğurları üçün çalışıb.

Qeyd edək ki, futbolçu ağdamlıların heyətində 5 oyuna çıxıb. Gürcüstan yığmasında isə 1 qarşılaşmada iş başında olub. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью