Qarabağ ın futbolçusu həftənin rəmzi komandasında yer alıb FOTO

22.01.2026

Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Qarabağ"ın müdafiəçisi Elvin Cəfərquliyev UEFA Çempionlar Liqasında əsas mərhələnin VII turu üzrə rəmzi heyətə daxil edilib.

"Ölkə.az" xəbər verir ki, Azərbaycan çempionunun üzvü həftənin ən yaxşı futbolçuları sırasında yer alıb.

O, bu uğura Almaniyanın "Ayntraxt" klubuna qarşı keçirilən oyundakı performansı ilə nail olub. Ağdam klubu sözügedən qarşılaşmada doğma meydanda rəqibini 3:2 hesabı ilə məğlub edib.

Matçda 90 dəqiqə meydanda olan Elvin Cəfərquliyev bir məhsuldar ötürmə ilə yadda qalıb və oyunun ən fəal futbolçularından biri olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью