Qarabağ ın futbolçusu millidə 2 qol ötürməsi etdi

23.03.2025

sport24.az saytına istinadən Icma.az xəbər verir.

"Qarabağ"ın futbolçuları Marko Yankoviç və Marko Veşoviçin çıxış etdiyi Monteneqro millisi DÇ-2026-nın seçmə mərhələsində ilk oyununa çıxıb. Sport24.az xəbər verir ki, Robert Prosineçkinin baş məşqçi olduğu komanda öz meydanında Cəbəllütariqlə qarşılaşıb.

Monteneqronun 3:1 hesabı ilə qalib gəldiyi oyunda həm Yankoviç, həm də Veşoviç start heyətdə meydana çıxıb və sona qədər oynayıb. Yankoviç qollardan ikisinin ötürməsini verərək qələbədə böyük pay sahibi olub. O, 70 və 73-cü dəqiqələrdə - komandasının 2-ci və 3-cü qollarında məhsuldar ötürmə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью