Qarabağ ın futbolçusu Premyer Liqada 200 cü oyununu keçirib

15.12.2025

Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Qarabağ"ın futbolçusu Abdullah Zubir Misli Premyer Liqasında 200-cü oyununu keçirib.

SİA Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, fransalı yarımmüdafiəçinin yubiley matçı Misli Premyer Liqasının XV turuna təsadüf edib.

O, "Araz-Naxçıvan"la qarşılaşmada (5:1) meydana sonradan daxil olub. Premyer Liqada 2018/2019 mövsümündə debüt edən Zubir ölkəmizdə yalnız "Qarabağ"ın formasını geyinib.

A.Zubir bu görüşlərdə 52 qola imza atıb. O, Azərbaycan çempionatları tarixində yüksək liqada 200 və daha çox matç keçirən 158-ci futbolçu olub.

Qeyd edək ki, A.Zubir "200"ə cari mövsümdə çatan 4-cü oyunçudur. Onadək Filip Ozobiç, Elvin Bədəlov və Elvin Yunuszadə bunu bacarıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью